Pakistan Milli Bankının Bakı filialının zərəri 3 dəfə artıb

Maliyyə
  • 22 aprel, 2022
  • 06:28
Pakistan Milli Bankının Bakı filialının zərəri 3 dəfə artıb

Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü 222 min manat zərərlə başa vurub.

“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur.

Yanvar-mart aylarında Pakistan bankının gəlirləri 51 min manat (illik müqayisədə 2,7 dəfə az), xərcləri 277 min manat (31,3 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 5 min manat (2,1 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə Pakistan bankının aktivləri 9,337 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,6 % azdır. Bunun 558 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 10,1 % kiçilib.

Hesabat dövründə Pakistan bankının öhdəlikləri 31,9 % azalaraq 442 min manata, o cümlədən depozit portfeli 42,1 % azalaraq 370 min manata, balans kapitalı isə 5,9 % azalaraq 8,895 milyon manata düşüb.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.