Pakistan Milli Bankının Bakı filialının zərəri 2 dəfədən çox artıb
- 25 iyul, 2022
- 06:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını 271 min manat zərərlə başa vurub.
“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
Yanvar-iyun aylarında Pakistan bankının gəlirləri 173 min manat (illik müqayisədə 28,5% az), xərcləri 468 min manat ( 26,8 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 25 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə Pakistan bankının aktivləri 9,204 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4 % azdır. Bunun 533 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 11,8 % kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 15,7 % azalaraq 359 min manata, o cümlədən depozit portfeli 21,7 % azalaraq 322 min manata, balans kapitalı isə 6 % azalaraq 8,845 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.