Pakistan bankı Azərbaycandakı törəmə BOKT-unu banka çevirmək istəyir
Maliyyə
- 15 dekabr, 2022
- 10:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanın "MCB Bank"ı Azərbaycanda bank lisenziyası almaqda maraqlıdır.
Bunu "Report"a açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti deyib.
"Hazırda bu istiqamətdə müzakirələr aparılır. "MCB Bank" Pakistanın böyük banklarından biridir və Azərbaycanda bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərir", - o qeyd edib.
Xatırladaq ki, MCB BOKT 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.
Son xəbərlər
13:43
Deputat: Azərbaycançılıq bizim üçün yalnız şüar deyil
Daxili siyasət
13:42
"Aston Villa" klubu Ceymi Karragerə qarşı məhkəmə iddiası qaldıracaq
Futbol
13:40
Azərbaycandakı bankların əməliyyat gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
13:29
Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Sağlamlıq
13:28
Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb
Digər ölkələr
13:22
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Sağlamlıq
13:20
Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
13:07
İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
Digər ölkələr
13:04
"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək
Futbol