Naxçıvanda banklara qoyulan əmanətlər 4 %-dən çox artıb

Maliyyə
  • 13 fevral, 2023
  • 12:41
Naxçıvanda banklara qoyulan əmanətlər 4 %-dən çox artıb

Naxçıvanda banklara qoyulan əmanətlərin həcmi bu il yanvarın 1-nə 14 milyon 158,8 min manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4,4 %, 2022-ci ilin yanvarın 1-nə nisbətən isə 5,1 % çoxdur.

Bunun 94 %-i, yaxud 13,307 milyon manatı milli valyutada qoyulan əmanətlərin payına düşüb. Bu, illik müqayisədə 4,4 % çoxdur.

İl ərzində dollarla qoyulan əmanətlər 17 % artaraq 851,8 min manata çatıb. Hesabat dövrünə dollarla əmanətlərin xüsusi çəkisi 5,4 %-dən 6 %-ə yüksəlib