Naxçıvanda bank hesablarının sayı 12 %-dən çox artıb
- 13 yanvar, 2024
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasında 269 538 bank hesabı olub.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Bu, 2022-ci il dekabrın 1-nə nisbətən 12,2 % çoxdur.
Bank hesablarının 173 387-si cari, 95 121-i kredit, 1 030-u isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 5,2 % az, 68,5 % və 0,1 % çoxdur.
Bank hesablarının 3 245-i hüquqi, 266 293-ü isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 46,1 % və 11,9 % çoxdur. Fiziki şəxslərin hesablarının isə 34 688-i fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 30,9 % artım deməkdir.
2023-cü ilin yanvar-noyabr aylarında muxtar respublikada 51 689 yeni bank hesabı açılıb ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 5,2 % azdır. Yeni hesabların 1 019-u hüquqi, 50 670-i isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 5,7 dəfə çox və 6,7 % azdır. Yeni açılan fiziki şəxslərin hesablarının 6 961-i isə fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 22,3 % artım deməkdir.
Hazırda Naxçıvanda 7 bank (“Naxçıvanbank” ASC və 6 bankın filialı - “Kapital bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank Respublika” ASC, “Access Bank” QSC və “Rabitə Bank” ASC), 2 bank olmayan kredit təşkilatlarının filialları (“FİNKA Azərbaycan” MMC və “Aqrarkredit” QSC) və 1 kredit ittifaqı “Bərəkət Kredit İttifaqı” MMC fəaliyyət göstərir.