Naxçıvan iqtisadiyyatı 3 %-ə yaxın böyüyüb

Maliyyə
  • 24 oktyabr, 2022
  • 05:06
Naxçıvan iqtisadiyyatı 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da 2 milyard 227 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 3,1 % artaraq 4 801 manat olub.

9 aylıq ÜDM-in tərkibində ilk yeri 27,3 %-lik payla sənaye sahəsi tutub və maddi istehsalın 56,7 %-ni təşkil edib. 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda isə 98,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çox ÜDM istehsal edilib. O cümlədən,  son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 % artıb.

Əlavə dəyərin 52,2 %-i sənaye, 7,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4 %-i tikinti, 1,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrində, 14,2 %-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 55,3 % artaraq 9 749 manat olub.

44 filmi