"Moody’s": "Azərbaycan banklarının problemli kreditlərinin nisbəti MDB-də ən aşağı göstəricidir”

Maliyyə
  • 30 noyabr, 2021
  • 08:06
Moody’s: Azərbaycan banklarının problemli kreditlərinin nisbəti MDB-də ən aşağı göstəricidir”

Azərbaycan banklarının ümumi kapitalının ölçülmüş riskli aktivlərə nisbəti 25 % səvviyəsindədir. Bu göstəriciyə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında liderdir.

“Report” xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin "Banks - Emerging Markets 2022 Outlook" hesabatında deyilir.

Sənədə əsasən, bu göstərici region ölkələrindən Qazaxıstanda 17 %, Özbəkistanda 16 %, Ermənistanda 13 %, Belarusda 12 %, Rusiyada 11,5 %, Ukraynada isə 11 %-dir. Ümumilikdə MDB ölkələrinin bankları gözlənilməz maliyyə gərginliyinə tab gətirmək üçün kifayət qədər kapitala və likvidliyə malikdir.

Azərbaycan banklarının problemli kreditlərinin ümumi kreditlərə nisbəti 8 %, ehtimal olunan itkilərə görə ehtiyatların ümumi kreditlərə nisbəti isə 9 % həddindədir.

MDB regionu üzrə problemli kreditlərinin ümumi kreditlərə nisbətin ən yüksək olduğu ölkələr isə Ukrayna (55 %), Belarus (15 %), Qazaxıstandadır (13 %). Bu ölkələrin banklarının ehtimal olunan itkilərə görə ehtiyatların ümumi kreditlərə nisbəti isə müvafiq olaraq 49 %, 10 %11 % səviyyəsindədir.

“Moody”, MDB regionu ölkələrinin banklarının kreditləşmə üzrə proqnozu 21 %-ində "müsbət", 71 %-ində "sabit", 8 %-ində isə "neqativ" olacagı gözlənilir. Reytinq agentliyi Türkiyə bankları üzrə proqnozu “neqativ”ə endirib.

“Əksər inkişaf etmiş ölkələrdə bank aktivlərinin keyfiyyəti sabitləşəcək, bununla yanaşı Latin Amerika, Afrika, Türkiyə və MDB ölkələrində banklar aktiv şəkildə artan risklərə qarşı kreditlər üzrə ehtimal olunan itkilərə görə ehtiyatlar yaradırlar.

Biznesin bərpası hesabına MDB-də yüksək problemli kreditlər tərkibli olan kredit portfelləri, xüsusi ilə də Ukraynada, yaxşılaşaraq vaxtı keçmiş kreditlərin payı 2020-ci ildəki 50 %-dən 35 %-ə enməsi gözlənilir.

Mənfəətlilik, əksər ölkələrdə yüksək faiz dərəcələrindən və iqtisadi fəaliyyət normallaşdıqca biznesin həcminin davamlı genişlənməsindən faydalanacaq.

Latın Amerika və Türkiyədə banklarının bazar maliyyələşdirməsindən daha çox asılı olması, bankları bazar dəyişkənliyinə məruz qoyur. Bununla belə, Latın Amerikası banklarının beynəlxalq kapital bazarlarından asılılığı daha azdır.

Aşağı bazar maliyyələşməsi və yüksək likvidlik səviyyələri Asiya, MDB və Afrika banklarının kreditləşmənin güclü tərəfi olaraq qalır.

Səhmdarların ödənişləri normallaşacaq, lakin inkişaf etməkdə olan ölkələrin bankları sabit kapital səviyyələrini dəstəkləmək üçün güclü daxili mənfəətə malikdir”, - hesabatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti