"Moody's" Azərbaycan bankının reytinqlərinə yenidən baxıb
- 11 dekabr, 2023
- 13:18
"Moody's" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "Ba3" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu "Sabit"dən "Müsbət"ə dəyişib.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, agentlik həm də ABB-nin Kredit ödəmə və Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini "b1" səviyyəsində təsdiqləyib.
"ABB-nin kredit ödəmə reytinqlərinin "b1" səviyyəsində təyin edilməsi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə əsaslandırılır. "Moody's"in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun dəyişdirilməsi bununla bağlıdır", - deyə məlumatda qeyd olunub.