Milli Onkologiya Mərkəzi təxminən 6 milyon manatlıq tenderə yekun vurub

Maliyyə
  • 01 iyun, 2020
  • 11:49
Milli Onkologiya Mərkəzi təxminən 6 milyon manatlıq tenderə yekun vurub
Milli Onkologiya Mərkəzi

Milli Onkologiya Mərkəzi dərman, sarğı ləvazimatlarının və materiallarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Solamedical" MMC-dir.

Qalib şirkətə 5,79 milyon manat ödəniləcək.