​​​​​​​Milli Depozit Mərkəzinin İnkişaf Strategiyası ötən il 80 % icra edilib

Maliyyə
  • 30 may, 2025
  • 16:16
​​​​​​​Milli Depozit Mərkəzinin İnkişaf Strategiyası ötən il 80 % icra edilib

2024-cü ildə Milli Depozit Mərkəzinin (MDM) “2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyası”nın ümumi icra göstəricisi 80,3 % olub.

“Report” bu barədə MDM-ya istinadən xəbər verir.

Beləliklə, 19,7 % gecikən fəaliyyət istiqamətləri olub.

Hesabat dövründə Mərkəzin fəaliyyət istiqamətlərinin inkişafı üzrə strateji hədəfi 76,5 %, əməliyyat və xidmət effektivliyinin artırılması üzrə strateji hədəfi 69,6 %, etibarlı və dayanıqlı təsisatın qurulması üzrə strateji hədəfi 80 %, effektiv iş mühitinin və peşəkar komandanın formalaşdırılması üzrə strateji hədəfi 100 % icra edilib.