Mikayıl Cabbarov: "İDB ilə yeni əməkdaşlıq platformalarının yaradılması müzakirə edilib"
Mikayıl Cabbarov: "İDB ilə yeni əməkdaşlıq platformalarının yaradılması müzakirə edilib"İslam İnkişaf Bankı (IDB) tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.
İslam İnkişaf Bankı (IDB) tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl Casiri ilə görüşündə bildirib.
İqtisadiyyat naziri Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin IDB Qrupuna daxil olan institutlarla əlaqələrə önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Nazir Azərbaycanın IDB ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmini bildirib.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə tərəfdaşlıq, KOB İnvestisiya Fonduna Bankın vəsaitlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyatın və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanın və regionun inkişafına yönəlmiş layihələrdə IDB ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, təkliflər səsləndirilib.
İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl Casiri ölkəmizdə aparılan iqtisadi islahatların IDB tərəfindən dəstəkləndiyini vurğulayıb, əlaqələrin inkişafı istiqamətlərinə dair fikirlərini bölüşüb. Məhəmməd Süleyman Əl Casiri IDB-in bundan sonra da Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Əl Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil qoyub.
Şəhidlər Xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
13:57
Azərbaycan və İslam İnkişaf Bankı (İDB) yeni əməkdaşlıq platformalarının yaradılmasını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır. Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanlarını müzakirə etdik", - nazir qeyd edib.
işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanlarını müzakirə etdik. 2/2#EconomyAzpic.twitter.com/lkhOCcmjUN