Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”

Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb” “Bu il koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.
Maliyyə
733
23 Dekabr , 2020 12:09
Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”

“Bu il koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, karantin rejiminin tətbiqi istehlak bazarında 7,8% azalma ilə nəticələnib.

“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 % azalıb, neft-qaz sektoru üzrə isə 7,8 % artıb”, - deyə o, əlavə edib.

Nazir həmçinin bildirib ki, 11 ay ərzində əhalinin gəlirləri inflyasiya nəzərə alınmaqla 4 % azalıb: “Dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb”.

Son xəbərlər

Orphus sistemi