​Mərkəzi Kəşfiyyat İdarəsi: Ötən il Azərbaycanda inflyasiya 3,9% təşkil edib

​Mərkəzi Kəşfiyyat İdarəsi: Ötən il Azərbaycanda inflyasiya 3,9% təşkil edib Ən pis nəticəni 49% qiymət artımı ilə yalnız Venesuelanı qabaqlayan Ukrayna sərgiləyib
Maliyyə
26 Mart , 2016 03:30
​Mərkəzi Kəşfiyyat İdarəsi: Ötən il Azərbaycanda inflyasiya 3,9% təşkil edib

Bakı. 26 mart. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) analitikləri dünya ölkələrində inflyasiya ilə bağlı hesabatlarını açıqlayıblar.

"Report" xəbər verir ki, dərc olunan cədvələ əsasən, ötən il Azərbaycanda inflyasiya 3,9% təşkil edib.

Keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstəricini Litva (-1%), Estoniya (0,5%, 54-cü yer) və Latviya (0,7%, 61-ci yer) nümayiş etdirib. Gürcüstanda inflyasiya səviyyəsi 4,1%, Qazaxıstanda 5,3%, Ermənistanda isə 5,6% təşkil edib.

Ən pis nəticəni 49% qiymət artımı ilə yalnız Venesuelanı qabaqlayaraq 225-ci yerdə duran Ukrayna sərgiləyib. Tacikistanda inflyasiya səviyyəsi 8,9%, Özbəkistanda 11%, Belarusda 15%, Rusiyada 15,4% təşkil edib.

Reytinqdə istehlakçı qiymətlərinin artım tempinin yüksəlməsi üzrə sıralanan 226 dövlət daxildir.

Son xəbərlər

Orphus sistemi