Mərkəzi Bank: "Son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanları artıb"

Mərkəzi Bank: "Son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanları artıb" Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ümumilikdə 452 saxta pul nişanı aşkar edilib, bunun 323-ü 100 manatlıq pul nişanı olub.
Maliyyə
20 Fevral , 2023 12:18
Mərkəzi Bank: Son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanları artıb

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ümumilikdə 452 saxta pul nişanı aşkar edilib, bunun 323100 manatlıq pul nişanı olub.

"Report" xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyyəsinin təşkili-2023 seminarı"nda deyib.

Onun sözlərinə görə, 2021-ci ildə isə ümumilikdə 358 saxta pul nişanı aşkar edilib ki, bunun da 282-si 100 manatlıq pul nişanı olub.

"2006-cı ildən 2022-ci ilə qədər Mərkəzi Bank tərəfindən 10 095 ədəd saxta pul aşkar edilib. Son 4 ildə saxta pullar üzrə 20 cinayət işi açılıb. 2017-ci ildən başlayaraq son 4 ildə milli valyutanın saxtalaşdırılmasında azalma olsa da, son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanlarının artım tempi müşahidə edilir. Tədavüldə hər 660 minədək kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb", - deyə N.Pənahlı bildirib.

Son xəbərlər

Orphus sistemi