MBNP-nin əməkdaşlarına tibbi sığorta xidməti göstərəcək şirkət məlum olub

Maliyyə
  • 19 yanvar, 2017
  • 07:01
MBNP-nin əməkdaşlarına tibbi sığorta xidməti göstərəcək şirkət məlum olub

Bakı. 19 yanvar. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əməkdaşlarının tibbi sığortalanması üzrə keçirilmiş tenderin qalibi olub. 

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, adı çəkilən sığorta şirkəti tenderdə iştirak etmiş 4 iddiaçının arasından seçilib. 

Bağlanılacaq sığorta müqaviləsi MNBP-nin 158 əməkdaşını əhatə edəcək. 

44 filmi