Maliyyə Nazirliyində bəzi kadrların yerləri dəyişdirilib

Maliyyə Nazirliyində bəzi kadrların yerləri dəyişdirilib Azərbaycan Respublikası Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib.
Maliyyə
28 Aprel , 2022 10:56
Maliyyə Nazirliyində bəzi kadrların yerləri dəyişdirilib

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev vəzifəsindən azad edilərək Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, indiyə qədər bu vəzifəni tutan Xaqani Rzayev isə Dövlət aparatının maliyyəsi şöbəsinin müdiri təyin olunub.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Bundan başqa, məumata görə, qurumun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər.

Dövlət Xəzinədarlıq Agentliyinə rəhbərlik qurumun İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinə rəhbərlik isə qurumun İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucovaya həvalə edilib.

Son xəbərlər

Orphus sistemi