Maliyyə Nazirliyi: Məzənnə riski daha da kəskin xarakter alıb

Maliyyə Nazirliyi: Məzənnə riski daha da kəskin xarakter alıb “Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biridir olaraq qalmaqdadır".
Maliyyə
21 Dekabr , 2020 12:29
 Maliyyə Nazirliyi:  Məzənnə riski daha da kəskin xarakter alıb

“Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biridir olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır”.

“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

“Bundan başqa, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir”, - deyə layihədə qeyd olunub.

Nazirlik həmçinin bildirir ki, 2020-ci ildə əsas ticarət tərəfdaşlarının valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, cari ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunmuşdur: "Bu baxımdan qlobal iqtisadi çağırışlar və mürəkkəb xarici mühit şəraitində ölkədə makroiqtisadi sabitliyin təmin olunması məqsədilə monetar və fiskal siyasətin qarşılıqlı əlaqədə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir".

Son xəbərlər

Orphus sistemi