Maliyyə naziri və Mərkəzi Bankın sədri IMF-nin icraçı direktoru ilə görüşüb

Maliyyə naziri və Mərkəzi Bankın sədri IMF-nin icraçı direktoru ilə görüşüb Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva və İsveçrənin maliyyə naziri Ulrix Maurer ilə ikitərəfli görüşlər keçirib.
Maliyyə
5 İyul , 2022 09:49
Maliyyə naziri və Mərkəzi Bankın sədri  IMF-nin icraçı direktoru ilə görüşüb

Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva və İsveçrənin maliyyə naziri Ulrix Maurer ilə ikitərəfli görüşlər keçirib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşlər iyulun 3-6-da İsveçrənin Bad Raqatz şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankında Azərbaycanın da üzv olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantı çərçivəsində baş tutub.

Seçki Qrupunun və Azərbaycanın İMF-ə qəbul olmasının 30 illiklərinin qeyd olunduğu toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, yüksək inflyasiya meylləri, Rusiya-Ukrayna müharibəsinin qlobal enerji və ərzaq bazarlarında yaratdığı çağırışlar və bu çağırışlara qarşı aparılmalı mümkün fiskal və monetar siyasətlər əsas diqqət mərkəzində olan məsələlərdir.

“Görüşdə Azərbaycanda makro iqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, 2022-ci il və ortamüddətli dövrə proqnozlar, pul və maliyyə sabitliyi siyasətlərinin prioritetlərini müzakirə etdik.”- AMB sədri bildirib.

Son xəbərlər

Orphus sistemi