Maliyyə naziri: "Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük"

Maliyyə naziri: "Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük" “İcbari Tibbi Sığorta sisteminin tətbiqindən sonra tibb işçilərinin də əmək haqlarının artırılması gözlənir”.
Maliyyə
19 İyun , 2019 23:40
Maliyyə naziri: Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük

“İcbari Tibbi Sığorta sisteminin tətbiqindən sonra tibb işçilərinin də əmək haqlarının artırılması gözlənir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də yayımlanan “Günün Nəbzi” verilişində deyib.

Nazir əhalinin gəlirlərinin inflyasiya risklərinin artacağı ilə bağlı yayılan məlumatları da şərh edib:

“Şübhəsiz ki, dövlət başçısı tərəfindən bu cür qərarlar qəbul edilərkən, bu cür məsələlərə də diqqət yetirilir. Sosial tədbirlərin həyata keçirilməsi mərhələlərə bölünüb. Birinci mərhələ - mart ayında qərarlar qəbul edilib, artıq icra olunmaqdadır. Biz inflyasiya baxımından hər hansı bir əhəmiyyətli təzyiq müşahidə etmirik. Amma bu izlənilir. İkinci artım isə artıq payız aylarına təsadüf edəcək. İndi qəbul edilmiş qərarın icrasına vaxt lazımdır. Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük. Bu gün inflyasiya kifayət qədər aşağı səviyyədədir. Bildiyimiz kimi, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, inflyasiya 2,5%-dən aşağıdır. Hesab edirəm ki, müsbət amildir və biz də onun artıq bəzi əlamətlərini görürük. Təkcə mən onu qeyd etmək istərdim ki, iki həftə bundan əvvəl Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarına tələbat bəyan ediləndən 5 dəfə artıq olub. Nəticədə iki illik istiqrazlar 7%-də qərarlaşıb. Nəhayət dünən yerləşdirilən istiqrazlar 6,2%-ə endirilib. Bu, kifayət qədər müsbət haldır”.

Son xəbərlər

Orphus sistemi