"Level Leasing" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 iyul, 2026
  • 13:23
Level Leasing maliyyə vəziyyətini açıqlayıb

"Level Leasing" ASC 2025-ci ili 459 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,5 % çoxdur.

Ötən il "Level Leasing"in vergiyəqədərki mənfəəti 573 min manat (əvvəlki ilə nisbətən 16,4 % çox), mənfəət vergisi ödəmələri isə 114 min manat (8,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Level Leasing"in aktivləri 8,564 milyon manat olub ki, bu da illik müqayisədə 24,7 % azdır. Bunun 7,839 milyon manatı xalis investisiyalardır. Son 1 ildə şirkətin lizinq portfeli 28,6 % kiçilib.

Hesabat dövründə "Level Leasing"in öhdəlikləri 23,45 % azalaraq 8,253 milyon manata, balans kapitalı isə 48,15 % azalaraq 311 min manata düşüb.

Xatırladaq ki, "Level Leasing" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,05 milyon manatdır. Şirkətin səhmləri "Hermes Finance" ASC (38 %), Zərifə Quliyeva (27,9 %), Nuranə Mehraliyeva-Rzayeva (27,9 %), Lalə Bədirova (6,19 %) və Mənzər Qarayevaya (0,01 %) məxsusdur. N.Mehraliyeva-Rzayeva həm də lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance"da 45 % pay sahibidir.