İstanbul Fond Birjasında (Borsa İstanbul) ticarətin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
"Səhm bazarlarında əməliyyatların, həmçinin səhm və törəmə maliyyə alətləri bazarında səhm indekslərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib", - birjanın məlumatında deyilir
Xatırladaq ki, bazar ertəsi səhər saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib. Prezident Rəcəb Tayyib Ərdoğan bunun 1939-cu ildən sonra Türkiyə ərazisində baş verən ən güclü zəlzələ olduğunu bildirib. Həmin gün 7,6 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.