İran Milli Bankının Bakı filialının mənfəəti 39 %-ə yaxın azalıb
- 04 aprel, 2025
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 1,529 milyon manat mənfəətlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 38,6 % azdır.
Yanvar-mart aylarında İran bankının gəlirləri 1,472 milyon manat (illik müqayisədə 30,9 % çox), xərcləri 481 min manat (16,5 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 538 min manat (3,3 dəfə az) təşkil edib. Bakı filial mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə İran bankının aktivləri 119,977 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,5 % çoxdur. Bunun 1,205 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 2,7 dəfə kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 2,4 % azalaraq 69,506 milyon manata, o cümlədən depozit portfeli 1 % azalaraq 35,256 milyon manata düşüb, balans kapitalı isə 15,6 % artaraq 50,471 milyon manata çatıb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.