İran Milli Bankının Bakı filialının kredit portfeli 10 % kiçilib

Maliyyə
  • 11 aprel, 2023
  • 06:42
İran Milli Bankının Bakı filialının kredit portfeli 10 % kiçilib

İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 621 min manat mənfəətlə başa vurub.

"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Yanvar-mart aylarında İran bankının gəlirləri 1,007 milyon manat (1 il əvvələ nisbətən 5,4 % çox), xərcləri 526 min manat (9,2 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 140 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə İran bankının aktivləri 102,353 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,4 % çoxdur. Bunun 8,448 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 9,5 % kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 19,8 % artaraq 64,446 milyon manata, o cümlədən depozit portfeli 30,6 % artaraq 12,505 milyon manata, balans kapitalı isə 6,2 % artaraq 37,907 milyon manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

44 filmi