"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avropa Mərkəzi Bankının toplantı protokolunda avronun bahalaşmasından narahat olmasının göstərilməsi, EURUSD məzənnəsinə qarşı təzyiqləri artırmışdır. Bununla yanaşı, Amerikada korona böhranının aprel ayından bitəcəyinə dair açıqlamaların verilməsi, müqaviməti daha da artırmışdır.
Beləliklə, hazırda 1.22$-ın altında ticarət edilən avro, 1.21$-ın qırılması ilə 1.20$-a kimi ucuzlaşa bilər.
GBP
Eyni texniki tendensiya GBPUSD məzənnəsində də müşahidə edilir. Breksit sərhəd xaosu fonunda da mütəxəssislər xəbərdarlıq edirlər. Şimali İrlandiya isə AB ilə saziş arasında regiona dair protokolu məhkəməyə verməyə hazırlaşır.
Bütün sözügedən hadisələr İngiltərədə iqtisadi və siyasi risklərin artması ilə bərabər, funtun ucuzlaşmasını da gücləndirə bilər. Bu istiqamətdə 1.40$-ın qırılması önəmli rol oynayacaqdır.
TRY
TCMB-nin növbəti dəyişməz faiz qərarından sonra USDTRY məzənnəsi 6.89TL-də dəstək görərək bahalaşıb. 6.93TL-nin üzərində qaldıqca, 7.10TL-yə kimi də bahalaşa bilər.
OIL
Qlobal enerji bazarlarında təklifin artması proqnozları, Avropanın Brent neftinin bir barel qiymətinin 62$-a kimi korreksiyasına səbəb olmuşdur və 64$ ilə aralıqda ticarət ediləcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qlobal iqtisadi risklərin azalması və inkişaf proqnozlarının artması, əlvan metallar bazarlarında güvənli liman sərmayə aləti kimi qızıla olan tələbi də azaltmışdır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1800$-ın (57.9 $/qram) altında qaldıqca, 1700$-a (57.9 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
“İnvest-AZ İnvestisiya Şirkəti”nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.