"Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avrozona iqtisadiyyatına dair nikbinliyin azalması, EURUSD məzənnəsində 1.22$-ın altında müqavimətlə rastlaşmasına və yenidən ucuzlaşa biləcəyi ehtimallarının artmasına səbəb olub. Bununla yanaşı, Amerikada hökümətin 1.9 trilyon dollarlıq korona yardım paketinin həftə ərzində qəbul edilməsi də, özünü dolların qiymətlərinə dəstək olması ilə göstərə bilər.
GBP
Breksit və koronavirus pandemiyası fonunda İngiltərə iqtisadiyyatı böyük sınaq qarşısındadır. AB ilə münasibətlər konteksində Şimali İrlandiya mövzusu da riskləri artırır. Neft qiymətlərinin bahalaşması ilə dəstək görən funt sterlinqin qiymətləri, xüsusilə də GBPUSD məzənnəsinin son bir il yarımın maksimum səviyyəsini yeniləməsinə baxmayaraq, dinamika zəifləməkdədir və bu, yenidən ucuzlaşa biləcəyi ehtimallarını da artırır.
TRY
Lirənin bahalaşma dalğasında zəifləmə müşahidə edilsə də, 6.96 və 6.88TL-yə kimi davam edəcəyi proqnozları gündəmdə qalmaqdadır.
Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da dərc ediləcək TCMB-nin faiz qərarı da investorların diqqət mərkəzindədir.
OIL
Enerji birjalarında Avropanın Brent neftinin bir barel qiyməti dəyər qazanmaqda davam edir və trendin 66$-a kimi davam edəcəyi ehtimal edilir.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Dünyada yumşaq fiskal siyasətlərin genişlənməsi və Amerikadan G7 ölkələrinə olan buna dair çağırışlara qarşı müqavimətin güclü olması, əlvan metallar bazarlarında qızılın ucuzlaşmasına səbəb olur. 1830$-ın (58.8 $/qram) altında qalan bir unsiya üzrə qiymət, 1817$-ın (58.4 $/qram) qırılması ilə 1800$-a (57.9 $/qram) kimi də dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
“İnvest-AZ İnvestisiya Şirkəti”nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.