İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

Maliyyə
  • 19 mart, 2025
  • 11:08
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 1 910 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "HLB Azərbaycan" MMC olub. Şirkətə 4,5 min manat ödənilib.

44 filmi