IMF qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb

IMF qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb Fond bu il üçün proqnozunu 1 faiz bəndi artıraraq 5 %-dən 6 %-ə çatdırıb
Maliyyə
6 Aprel , 2021 17:02
IMF qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) bu il üçün qlobal iqtisadi artım proqnozunu 1 faiz bəndi artıraraq 5 %-dən 6%-ə çatdırıb.

“Report” xəbər verir ki, bu barədə IMF-in “World Economic Outlook” hesabatının aprel sayında bildirilir.

Sənəddə həmçinin IMF 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 0,2 faiz bəndi artıraraq 4,2 %-dən 4,4 %-ə yüksəldib.

"Proqnoz reallaşsa, ötən il 3,3 %-lik göstərici ilə 1929-cu ildəki böyük böhrandan sonra ən böyük kiçilməni yaşayan dünya iqtisadiyyatında son 40 ilin ən böyük artımı qeydə alınacaq. Bir çox inkişaf etmiş iqtisadiyyatlar pandemiya öncəsi milli gəlir səviyyəsinə 2022-ci ilə qədər çata bilməyəcək. İnkişaf etməkdə olan ölkələrin bərpa olunması isə 2023-cü ilə qədər çəkə bilər", - hesabatda qeyd olunub.

IMF bu il inkişaf etmiş ölkələr üçün iqtisadi artım proqnozunu 0,8 faiz bəndi artıraraq 5,1 %-ə, inkişaf etməkdə olan ölkələr üçün 0,4 faiz bəndi artıraraq 6,7 %-ə çatdırıb, o cümlədən ABŞ üçün iqtisadi artım proqnozunu 1,3 % bəndi azaldaraq 5,1 %-ə, avrozona üçün isə 0,2 faiz bəndi azaldaraq 4,2 %-ə endirib.

Son xəbərlər

Orphus sistemi