IMF: "Mərkəzi Bank daha böyük banklara konsolidasiya əsasında nəzarət etməlidir"

Maliyyə
  • 08 iyul, 2022
  • 11:22
IMF: Mərkəzi Bank daha böyük banklara konsolidasiya əsasında nəzarət etməlidir

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə nəzarətinin və ehtiyatların gücləndirilməsi istiqamətində səylərini davam etdirməlidir.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.

“Nəzarət sahəsindəki son proseslərə rəğmən, Mərkəzi Bank, riskə əsaslanan sistemə keçid üçün pandemiya ilə əlaqədar gecikmiş səyləri davam etdirməli və daha böyük bankları konsolidasiya əsasında yoxlamalıdır.

AMB həmçinin bankların aktivlərinin keyfiyyətini qiymətləndirmək üçün stress testlər və tematik yoxlamaların keçirməyə davam etməlidir.

Ortamüddətli perspektivdə ehtiyatların yaradılması qaydaları modernləşdirilə və faktiki yaranmış kredit itkilərindən daha çox, gözlənilən kredit itkilərinin uçotu üçün MHBS (BMHS) 9 konsepsiyasına uyğunlaşdırıla bilər”, - Valyuta Fondun iqtisadçıları qeyd ediblər.

Bəyanatda qeyd edildiyi kimi, pandemiya ilə bağlı problemlər səbəbindən pul-kredit siyasəti çərçivəsinin modernləşdirilməsi ləngiyib: "Rəsmilər, inflyasiya şoklarının əsas kanalı idxal olduğu üçün, Azərbaycanın şaxələndirilməmiş iqtisadiyyatında inflyasiyanın cilovlanmasında milli valyutanın faktiki olaraq ABŞ dollarına bağlılığı effektiv təsir göstərib.

Rəsmilər uzunmüddətli perspektivdə daha çox məzənnə çevikliyi ilə yanaşı, pul aqreqatlardan daha çox faiz dərəcələrinə diqqət yetirən strategiyanı hədəf olaraq görürlər.

Dövlət qiymətli kağızlar bazarının genişləndirilməsi və aktiv pul bazarlarının inkişaf etdirilməsi də daxil olmaqla pul siyasətinin ötürülməsi kanallarının təkmilləşdirilməsi üçün daxili bazarların inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın de-dollarlaşma istiqamətində səylərin davam etdirilməli, analitik proqnozlaşdırma imkanlarını gücləndirilməli və kommunikasiyanın səmərəliliyi artırılmalıdır", - IMF bildirir.

Son xəbərlər

Bütün Xəbər Lenti