IMF kriptovalyutalar üzərində tənzimlənməni gücləndirməyə çağırır

IMF kriptovalyutalar üzərində tənzimlənməni gücləndirməyə çağırır Beynəlxalq Valyuta Fondu (IMF) maliyyə sabitliyi üçün bir sıra problem və risk yaratdığı üçün kriptovalyuta industriyası üzərində nəzarəti gücləndirməyə çağırıb.
Maliyyə
2 Oktyabr , 2021 11:28
IMF kriptovalyutalar üzərində tənzimlənməni gücləndirməyə çağırır

Beynəlxalq Valyuta Fondu (IMF) maliyyə sabitliyi üçün bir sıra problem və risk yaratdığı üçün kriptovalyuta industriyası üzərində nəzarəti gücləndirməyə çağırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, IMF-ə görə, bu sahənin bir çox nümayəndəsində effektiv idarəetmə vasitələri və riskləri idarəetmə təcrübəsi çatışmır.

“Kriptoaktivlərin şərti anonimliyi tənzimləyici orqanlar üçün məlumatlarda boşluq yaradır. Bu, çirkli pulların yuyulması, həmçinin terrorizmin maliyyələşməsi üçün arzuolmaz imkanlar açır. Eyni zamanda kriptovalyuta ekosistemi müxtəlif ölkələrdə fərqli hüquqi normaların təsiri altına düşduyunə görə koordinasiyanı çətinləşdirir. Bunda başqa kriptoaktivlər vergidən yayınmağa imkan verir ki, bu da fiskal siyasət üçün təhdidləri gücləndirə bilər. Kriptoaktivlərə olan yüksək tələb kapital axınına səbəb olur”, - Fondun məlumatında deyilir.

IMF hesab edir ki, maynerlərin Çini tərk edərək inkişaf etməkdə olan ölkələrə getməsi daxili enerji istehlakı üçün əlavə problemlər yarada bilər.

Son xəbərlər

Orphus sistemi