Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyanın yeni rəhbəri Natalia Tamirisa sabah Bakıya gələcək.
Bunu "Report"a ekskluziv açıqlamasında Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd əl Qorçu deyib.
O bildirib ki, Natalia Tamirisa Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank,
İMF rəsmisi yenidən Azərbaycan üzrə missiyasına rəhbərlik etməməsinin səbəbinə də aydınlıq gətirib: "Valyuta Fondunun qaydalara görə, bir dəfə seçilmək hüququm var və 3 il bu vəzifəni tuta bilərəm. İMF-in 190-a qədər üzvü var. Onlardan hər birində missiyanın rəhbəri vəzifəsinə təyinat ala bilərəm. Hazırda isə işimi Qatarda davam edirəm".
“Report” məlumat verdiyi kimi, Natalia Tamirisa IMF-in Azərbaycan üzrə missiyanın rəhbəri olaraq vəzifəsinin icrasına 2019-cu ilin yanvar ayından başlayıb. Onun Azərbaycana səfəri aprelin 11-dək davam edəcək və hökumətlə tanışlıq məqsədi daşıyır.
1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.