Bu il Azərbaycanın ümumi dövlət gəlirlərinin ötən ilin sonu ilə müqayisədə 13,4 % artaraq 27,871 milyard manata çatması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilir.
Sənədə əsasən, Azərbaycanın ümumi dövlət gəlirləri 2022-ci ildə 29,971 milyard manat (əvvəlki ilin proqnozuna nisbətən 7,5 % çox), 2023-cü ildə isə 29,486 milyard manat (1,6 % az) təşkil edəcək.
Azərbaycanın ümumi dövlət gəlirlərinin ümumi daxili məhsula nisbəti isə bu il 32,8 %, 2022-ci ildə 34,7 %, 2023-cü ildə isə 33,2 %-ni təşkil edəcəyi proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % artaraq 14 milyard 049,3 milyon manat olub. Ötən il isə dövlət büdcəsinin gəlirləri illik müqayisədə 1,9 % artaraq 24 milyard 673,1 milyon manata çatıb