IMF Azərbaycanda inflyasiyanın 2024-2025-ci illərdə yavaşlayacağını proqnozlaşdırır

IMF Azərbaycanda inflyasiyanın 2024-2025-ci illərdə yavaşlayacağını proqnozlaşdırır Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 2,1 %, 2025-ci ildə 4,8 %, 2029-cu ildə isə 4 % səviyyəsində proqnozlaşdırır.
Maliyyə
22 Oktyabr , 2024 17:21
IMF Azərbaycanda inflyasiyanın 2024-2025-ci illərdə yavaşlayacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 2,1 %, 2025-ci ildə 4,8 %, 2029-cu ildə isə 4 % səviyyəsində proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.

Aprel ayında IMF Azərbaycanda inflyasiyanı 2024-cü ildə 3,5 %, 2025-ci ildə isə 5 % səviyyəsində proqnozlaşdırırdı. 2029-cu il üçün proqnoz 4 % səviyyəsində saxlanılıb.

Yaxın Şərq və Mərkəzi Asiya regionu üçün inflyasiyanın 2024-cü ildə 12,7 %, 2025-ci ildə 9,3 % olacağı proqnozlaşdırılır.

2023-cü ildə Azərbaycanda illik inflyasiya 2,1 % təşkil edərək Mərkəzi Bankın hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşıb, orta illik inflyasiya isə 8,8 % olub. Valyuta Fondu illik inflyasiyanın 2024-cü ildə 4,6 %, 2025-ci ildə isə 5 % səviyyəsində olacağını proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları 0,4 %, qeyri-qida məhsulları 1,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 3,3 % bahalaşıb.

İqtisadiyyat Nazirliyi Azərbaycanda orta illik inflyasiyanın 2024-cü ildə 2,7 %, 2025-ci ildə 4,6 %, 2026-cı ildə 4 %, 2027-2028-ci illərdə isə 3,8 % olacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi