IMF: "Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivlərini növbəti 5 ildə 28 milyard manata çatacaq"
- 08 fevral, 2024
- 10:22
Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri bu ilin sonuna 26,106 milyard manata çatacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 1,6 % çoxdur.
AMB-nin xalis xarici aktivləri 2025-ci ilin sonuna 26,529 milyard manata (2024-cü illə müqayisədə 1,62 % çox), 2026-cı ilin sonuna 26,953 milyard manata (1,6 % çox), 2027-ci ilin sonuna 27,378 milyard manata (1,58 % çox), 2028-ci ildə isə 27,804 milyard manata (1,56 % çox) yüksələcəyini proqnozlaşdırır.
O cümlədən Mərkəzi Bankın xalis beynəlxalq ehtiyatları 2024-cü ilin sonuna qədər 19,517 milyard manata, 2025-ci ilin sonuna 19,857 milyard manata, 2026-cı ilin sonuna 20,197 milyard manata, 2027-ci ilin sonuna 20,537 milyard manata, 2028-ci ilin sonuna 20,877 milyard manata çatacağı gözlənilir. AMB-nin xalis beynəlxalq ehtiyatları illik 1,8 %, 1,72 %, 1,75 %, 1,69 % və 1,66 % artacağı proqnozlaşdırılır.
2024-cü ildə kommersiya banklarının xalis xarici aktivləri 2023-cü ilin faktiki göstəricisi ilə müqayisədə 1,4 % artaraq 7,241 milyard manata, 2025-ci ildə 1,39 % artaraq 7,341 milyard manata, 2026-cı ildə 1,37 % artaraq 7,441 milyard manata, 2027-ci ildə 1,35 % artaraq 7,541 milyard manata, 2028-ci ildə isə 1,33 % artaraq 7,641 milyard manata çatacaq.
AMB-nin digər öhdəlikləri isə 2024-cü ildə 651 milyon manat (2023-cü illə müqayisədə 2,8 % çox), 2025-ci ildə 668 milyon manat (2,62 % çox), 2026-cı ildə 684 milyon manat (2,4 % çox), 2027-ci ildə 699 milyon manat (2,2 % çox) və 2028-ci ildə isə 713 milyon manat (2,01 % çox) səviyyəsində proqnozlaşdırır.