IFC: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsində iştirak etmirik - EKSKLÜZİV

IFC: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsində iştirak etmirik - EKSKLÜZİV ​IFC: ABB-nin özəlləşdirilməsində iştirak etmirik
Maliyyə
14 Oktyabr , 2019 14:22
IFC: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsində iştirak etmirik - EKSKLÜZİV

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsi prosesində iştirak etmir. 

Bunu “Report”a açıqlamasında IFC Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibki Şlomer (Wiebke Schloemer) deyib.

V.Şlomerin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda özəl sektorun inkişafına dəstək verməyə davam edəcək: “IFC özəl sektorun gücünü səfərbər etməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və davamlı inkişafına göstərdiyi dəstəyə sadiqdir. Bizim ABB-nin özəlləşdirilməsi ilə bağlı hər hansı bir detallar barədə məlumat vermək səlahiyyətimiz yoxdur, çünki, bu məsələdə, biz, müzakirə tərəfləri deyilik”.

Xatırladaq ki, IFC-nin belə özəlləşmələrdə iştirakla bağlı beynəlxalq təcrübəsi var və qurumun əldə etdiyi pay təxminən 10% civarında olur.

Qeyd edək ki, ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Azərbaycan Maliyyə Nazirliyidir.

Azərbaycan Beynəlxalq Bankı 2015-ci ilin iyul ayından sağlamlaşdırma mərhələsindədir.

Son xəbərlər

Orphus sistemi