​​​​​​​“İcraçı Kredit Agentliyi” BOKT ötən ili zərərlə başa vurub

​​​​​​​“İcraçı Kredit Agentliyi” BOKT ötən ili zərərlə başa vurub Kredit təşkilatı əvvəlki ildən mənfəətlə çıxmışdı
Maliyyə
25 May , 2021 12:33
​​​​​​​“İcraçı Kredit Agentliyi” BOKT ötən ili zərərlə başa vurub

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 761 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 19 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “İcraçı Kredit Agentliyi”nin vergiyəqədərki zərəri 699 min manat (əvvəlki il mənfəət olub), əvəzləşdirilmiş mənfəət vergisi ödəmələri isə 62 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi”nin aktivləri 2,106 milyon manat olub ki, bu da illik müqayisədə 31,9% azdır. Bunun 1,176 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 40,4% kiçilib.

Hesabat dövründə “İcraçı Kredit Agentliyi"nin öhdəlikləri 29,4% azalaraq 537 min manata, balans kapitalı isə 32,7% azalaraq 1,569 milyon manata düşüb.

Xatırladaq ki, "İcraçı Kredit Agentliyi" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 272 min manatdır. BOKT-un təsisçiləri 33,85% payla Arif Əliyev (İdarə Heyətinin sədri), 13,84% payla Siyavuş Verdiyev (İdarə Heyətinin üzvü), 13,03% payla Mehman Qurbanov, 7,75% payla "Aşıxlı Kredit İttifaqı" MMC, 6,95% payla "Şahsevən Kredit İttifaqı" MMC (ləğv prosesindədir), 6,93% payla "Masallı Kredit İttifaqı" MMC, 3,47% payla Vidadi Musayev, 2,92% payla Samir Cəlilov (İdarə Heyətinin üzvü), 2,36% payla Səbinə İsrafilova, 2,3% payla adları açıqlanmayan şəxslər, 1,55% payla Tahirə Qurbanova, 1,28% payla "Yeni Daşkənd Kredit İttifaqı" MMC, 1,26% payla İlham İsrafilov, 1,03% payla "Astanlı Kredit İttifaqı" MMC (ləğv prosesindədir) və 0,21% payla "Azərbaycan Kredit İtifaqları Assosiasiyası" İctimai Birliyidir.

Son xəbərlər

Orphus sistemi