Hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkisinin hesablanması metodologiyası eyniləşdirilib

Hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkisinin hesablanması metodologiyası eyniləşdirilib Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 8 fevral 2
Maliyyə
9 Mart , 2023 11:50
Hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkisinin hesablanması metodologiyası eyniləşdirilib

Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 8 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkilərinin hesablanması metodologiyası eyniləşdirilib. Bunun üçün Qaydanın 3.1.8-ci yarımbəndinə edilmiş dəyişiklik olunub.

Xatırladaq ki, Vergi Məcəlləsinin 198.1-ci maddəsinə görə, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini fərqli qaydada və müxtəlif dərəcələrlə ödəyirlər.

Son xəbərlər

Orphus sistemi