Gürcüstan iqtisadiyyatına bu il 1,3 milyard dollar ziyan dəyib

Gürcüstan iqtisadiyyatına bu il 1,3 milyard dollar ziyan dəyib “Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, Gürcüstan iqtisadiyyatının builki zərəri 1,3 milyard ABŞ dolları təşkil edəcək”.
Maliyyə
29 Dekabr , 2020 13:48
Gürcüstan iqtisadiyyatına bu il 1,3 milyard dollar ziyan dəyib

“Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, Gürcüstan iqtisadiyyatının builki zərəri 1,3 milyard ABŞ dolları təşkil edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İvane Maçavariani bildirib.

Nazir 2021-ci ildə itkilərin 800 milyon ABŞ dolları səviyyəsində proqnozlaşdırıldığını deyib.

İ.Maçavarianinin sözlərinə görə, koronavirus pandemiyası ölkənin müsbət makroiqtisadi göstəricilərini əsaslı şəkildə dəyişib: “Turizm sektoru ciddi ziyanla üzləşib. 2019-cu ildə turizmdən 3,3 milyard dollar gəlir əldə olunmuşdu. Bu il isə bu göstərici 90% azalacaq. Ötən il ixrac 3,8 milyard dollar həcmində olub. Bu il təxminən 10% azalma gözlənilir. Yalnız bu iki sektor üzrə Gürcüstan itqisadiyyatı 3 milyard dollardan çox vəsait itirib”.

Son xəbərlər

Orphus sistemi