Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq

Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri24 327milyon manat məbləğində proqnozlaşdırılır.
Maliyyə
577
3 Sentyabr , 2020 10:29
Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur.

Gəlirlərin 57,3%-i  və yaxud 13 950 milyon manatı neft sektorunun, 42,7%-i və yaxud 10 377 milyon manatı isə qeyri-neft sektorunun payına düşməlidir. 

Gələn il büdcə xərcləri isə 25 847,5 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6% azdır.

Xərclərin 18 106,6 milyon manatı və yaxud 70,1%-ni cari xərclər, 5 389,1 milyon manatını və yaxud 20,8%-ni əsaslı xərclər, 2 351,8 milyon manatını və yaxud 9,1%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil etməlidir. 

Beləliklə, büdcə kəsri 1 520,5 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 54,9% azdır. 

Kəsirin  maliyyələşdirilməsi xarici və daxili borclanma,  o  cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq.

Son xəbərlər

Orphus sistemi