"Fitch" Rusiyaya qarşı sanksiyaların Azərbaycanın bank sektoruna təsirini açıqlayıb
- 30 aprel, 2022
- 08:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyaya qarşı tətbiqi olunmuş iqtisadi sanksiyalar bu ölkənin bankları ilə müxbir əlaqələri olan Azərbaycanın banklarının fəaliyyətini mülayim, lakin idarə oluna bilən formada pozub.
"Report" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyi bəyan edib.
"Hazırda Azərbaycanda Rusiyanın "VTB Bank"l fəaliyyət göstərir, lakin onun yerli törəməsi bank sektorunun aktivlərində cəmi 0,6% paya malikdir", - deyə açıqlamada qeyd olunub.
"Fitch" həmçinin bildirib ki, son illər Azərbaycanda kreditləşmə sahəsində müəyyən irəliləyişlərə baxmayaraq, ölkənin bank sektoru hələ də zəifdir: Bununla belə, qeyri-işlək (vaxtı keçmiş) kreditlərin xüsusi çəkisi 4 %-ə düşüb və sektor gəlirli, likvid olmaqla adekvat kapitallaşmaya sahibdir.
Azərbaycanda əmanətlərin dollarlaşması 2019-cu ilin sonundan 10 faiz bəndi azalaraq 51 %-ə düşsə də,18 %-lik “BB” medianından xeyli yuxarıdır və ölkənin ən böyük bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC tənzimləyici kapitalın 59 %-nə bərabər olan böyük açıq valyuta mövqeyinə malikdir".