“Fitch”: "Qlobal iqtisadi artım təchizat məhdudiyyətləri ilə gözləniləndən zəif olub"

“Fitch”: "Qlobal iqtisadi artım təchizat məhdudiyyətləri ilə gözləniləndən zəif olub" Bu ilin III rübündə qlobal iqtisadi artım təchizat məhdudiyyətlərində yaranan məhdudiyyətlər səbəbindən gözləniləndən zəif olub.
Maliyyə
30 Oktyabr , 2021 17:40
“Fitch”: Qlobal iqtisadi artım təchizat məhdudiyyətləri ilə gözləniləndən zəif olub

Bu ilin III rübündə qlobal iqtisadi artım tempi təchizatda yaranan məhdudiyyətlər səbəbindən gözləniləndən zəif olub.

“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin məlumatında deyilir.

Bildirilir ki, istehlakçı və istehsalçı qiymətlərinin artan əmtəə qiymətləri ilə qlobal mal bazarında tədarük zənciri darboğazlılığı təsiri ilə yüksəlməyə davam edir.

“İstehlakçı və istehsalçı qiymətləri ümumilikdə artıb, bu vəziyyət Braziliya, Rusiya, Koreya, Meksika və Polşa da daxil olmaqla bir çox inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının Mərkəzi Banklarının faiz dərəcələrini artırmağa sövq edib”, - açıqlamada deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, yarımkeçirici çatışmazlığı ABŞ və Almaniyada avtomobil istehsalında böyük azalmalara səbəb olub.

Son xəbərlər

Orphus sistemi