“Fitch" “Expressbank”ın reytinqini təsdiqləyib

Maliyyə
  • 27 may, 2019
  • 13:16
“Fitch “Expressbank”ın reytinqini təsdiqləyib

“Fitch” beynəlxalq reytinq agentliyi “Expressbank” ASC-nin uzunmüddətli defolt reytinqini (IDR) “B” səviyyəsində müəyyən edib, reytinq üzrə proqnozu "sabit"dir. 

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 

"Fitch" hesab edir ki, Bankın aktivlərinin keyfiyyəti məqbul olsa da, mənfəətliliyi zəifdir. Bununla yanaşı, “Expressbank” sağlam kapital buferinə, limitli xarici valyuta riskinə və rahat likvidliyə malikdir.