“Fitch” 2021-ci ildə ÜDM-in artımı ilə bağlı proqnozunu yüksəldib

“Fitch” 2021-ci ildə ÜDM-in artımı ilə bağlı proqnozunu yüksəldib “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2021-ci ildə dünya üzrə ÜDM-in artımı ilə bağlı proqnozuna yenidən baxaraq, onu 6,3 %-dək yüksəldib.
Maliyyə
16 İyun , 2021 11:26
“Fitch” 2021-ci ildə ÜDM-in artımı ilə bağlı proqnozunu yüksəldib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2021-ci ildə dünya üzrə ÜDM-in artımı ilə bağlı proqnozuna yenidən baxaraq, onu 6,3 %-dək yüksəldib.

Report” “Qlobal iqtisadiyyatın perspektivləri”nin (Global Economic Outlook) iyun hesabatına istinadən xəbər verir ki, mart ayında dünya iqtisadiyyatında artımın 6,1% olacağı proqnozlaşdırılırdı.

Agentlik proqnoza yenidən baxılmasını ABŞ və Avropada xidmət sektorunda işlərin gözləniləndən daha tez bərpa olunması ilə əlaqələndirib.

“İnkişaf etmiş ölkələrin çoxu üçün 2021-ci il üzrə proqnozu yüksəltmişik: ABŞ üçün proqnoz 4,7 %-dən 5 %-dək, avrozona üçün 6,2 %-dən 6,8 %-dək, Böyük Britaniya üçün 5 %-dən 6,6 %-dək yüksəldilib. Yalnız Yaponiyada 3,6 %-dən 2,5 %-dək eniş müşayiət olunur. Çinin proqnozu 8,4% səviyyəsində saxlanılıb. Buna baxmayaraq inkişaf etməkdə olan ölkələrin ÜDM-in artımı ilə bağlı proqnozu 6 %-dən 5,9 %-ə endirilib”, - deyə hesabatda deyilir.

Hindistanda, İndoneziyada və Türkiyədə qeydə alınan azalmanı Braziliyada, Meksikada və Cənubi Afrika Respublikasındakı artım qismən kompensasiya edir. Son aylarda Avropada və ABŞ-da vaksinləmənin tətbiqi və xidmət sahəsində əyani xidmətin bərpa olunması aktivləşib. Buna səbəb COVID-19-a yeni yoluxma hallarının azalması, vaksinləmə göstəricilərinin artması və məhdudiyyətlərin zəiflədilməsidır.

Son xəbərlər

Orphus sistemi