"Expressbank"da problemli kreditlərin payı azalıb

"Expressbank"da problemli kreditlərin payı azalıb Bu ilin ilk yarısında bank kredit portfelini 22% artırıb
Maliyyə
16 İyul , 2015 17:26
Expressbankda problemli kreditlərin payı azalıb

Bakı. 16 iyul. REPORT.AZ/ "Expressbank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,14% artaraq 2015-ci il iyulun 1-nə 278,8 mln. manat təşkil edib. Kredit portfeli 22,3% artaraq 229,5 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, həm xarici, həm də milli valyutada verilən kreditlərin həcmi artıb. Xarici valyutada kreditlər 3,4 dəfə artaraq 49,2 mln. manat, milli valyutada kreditlər isə 4,1% artaraq 180,3 mln. manat olub.

Cari ilin iyulun 1-nə kredit portfelinin 4,9%-nin və ya 11,2 mln. manatının ödəniş vaxtı keçib. Bu isə öz növbəsində problemli kreditlərin həcmində 11,3% artıma səbəb olub. Problemli kreditlərin portfeldə xüsusi çəkisində isə əksinə, azalma qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövründə bu göstərici 5,4% təşkil edib.

Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% azalaraq 100,9 mln. manat olub. Bunun da 48,6%-i və ya 49,0 mln. manatı xarici, 51,4%-i və ya 51,9 mln. manatı milli valyutada yerləşdirilib.

Qeyd edək ki, iyulun 1-nə "Expressbank"ın nizamnamə kapitalı 122,4 mln. manat, məcmu kapitalı 143,8 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi