“Express Bank” ötən ilin maliyyə göstəricilərini açıqlayıb
- 26 yanvar, 2023
- 07:05
“Express Bank” ASC 2022-ci ili 12,409 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 61,1 % çoxdur.
Ötən il “Express Bank”ın gəlirləri 66,697 milyon manat (əvvəlki illə müqayisədə 19,1 % çox), xərcləri 50,684 milyon manat (19,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 577 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 4,181 milyon manat (15,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Express Bank”ın aktivləri 436,956 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,4 % çoxdur. Bunun 291,628 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,4 % böyüyüb.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 35,3 % artaraq 307,821 milyon manata, o cümlədən depozit portfeli 23,7 % artaraq 193,107 milyon manata, balans kapitalı isə 4,3 % artaraq 129,135 milyon manata çatıb.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.