“Express Bank”ın xalis mənfəəti 38 % artıb

Maliyyə
  • 26 oktyabr, 2022
  • 07:01
“Express Bank”ın xalis mənfəəti 38 % artıb

“Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,235 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 38,2 % çoxdur.

9 ay ərzində “Express Bank”ın gəlirləri 49,23 milyon manat (illik müqayisədə 20,5 % çox), xərcləri 36,095 milyon manat (18,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 655 min manat (əvvəlki il qənaət olub), mənfəət vergisi ödəmələri isə 2,556 milyon manat (44,7 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Express Bank”ın aktivləri 422,434 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,5 % çoxdur. Bunun 278,416 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,1 % böyüyüb.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 43,8 % artaraq 286,824 milyon manata, o cümlədən depozit portfeli 28,8 % artaraq 178,141 milyon manata, balans kapitalı isə 4,8 % artaraq 135,61 milyon manata çatıb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti