“Express Bank”ın xalis mənfəəti 2 % azalıb
- 26 aprel, 2023
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Express Bank” ASC bu ilin I rübünü 3,442 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,9 % azdır.
Yanvar-mart aylarında “Express Bank”ın gəlirləri 17,96 milyon manat (illik müqayisədə 18,1 % çox), xərcləri 14,096 milyon manat (19,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 452 min manat (51,5 % az), mənfəət vergisi ödəmələri isə 875 min manat (5,8 % çox) təşkil edib.
Bu il aprelin 1-nə “Express Bank”ın aktivləri 440,633 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20,3 % çoxdur. Bunun 294,399 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,8 % böyüyüb.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 34,2 % artaraq 320,506 milyon manata, o cümlədən depozit portfeli 20,9% artaraq 186,481 milyon manata çatıb, balans kapitalı isə 5,7 % azalaraq 120,126 milyon manata düşüb.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.