Enerji Effektivliyi Fondu 10 milyon manata qədər kreditlər verəcək

Enerji Effektivliyi Fondu 10 milyon manata qədər kreditlər verəcək Prezident İlham Əliyevin bu il martın 1-də imzaladığı fərmanla yaradılmış Enerji Effektivliyi Fondu kiçik, orta və böyük məbləğdə kreditlər verəcək.
Maliyyə
9 Sentyabr , 2024 17:29
Enerji Effektivliyi Fondu 10 milyon manata qədər kreditlər verəcək

Prezident İlham Əliyevin bu il martın 1-də imzaladığı fərmanla yaradılmış Enerji Effektivliyi Fondu kiçik, orta və böyük məbləğdə kreditlər verəcək.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Eldar Əhmədov Bakıda keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, kiçik kreditlər 1 000 manatdan 50 000 manata qədər olmaqla 5 il, orta kreditlər 50 000 manatdan 1 000 000 manata qədər olmaqla 10 il, böyük kreditlər isə 1 000 000 manatdan 10 000 000 manata qədər olmaqla 15 il müddətinə veriləcək.

"Fond enerji resurslarından səmərəli istifadə, enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılıb. Qurumun bu ilin sonuna, gələn ilin əvvəlinə fəaliyyətə başlaması gözlənilir. Fonda yığılacaq vəsaitlər kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilat və donorların ayırmaları olacaq. Fond həmçinin həmin vəsaitlərin idarə edilməsindən gəlir əldə edəcək. Vəsaitlərin enerji menecmentinin, “ağıllı” sayğac və sistemlərin, yüksək, effektiv kogenerasiya qurğularının tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə, enerji effektivliyi sahəsində elmi nailiyyətlər, enerji effektivliyi sahəsində yeni materialların, texnika və texnologiyaların yaradılması istiqamətlərində xərclənməsi nəzərdə tutulur", - deyə E.Əhmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi