"Embafinans" BOKT daha 7 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 17 sentyabr, 2026
- 12:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Embafinans" QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) daha 7 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 70 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar birqiymətli təklif üsulu ilə yerləşdiriləcək, 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
09:50
General- mayor Gündüz Əbdülov ABŞ-yə səfər edib
Hərbi
09:47
Azərbaycan ADB-nin aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılması proqramına daxil edilib
Maliyyə
09:45
"Legion Financial" 1 milyon manatlıq istiqraz buraxır
Maliyyə
09:43
Novxanı-Pirşağı yolunda baş verən avtoqəzada 5 nəfər xəsarət alıb
Hadisə
09:42
Cud Bellinqem "Real"da yeni nailiyyətlərə imza atıb
Futbol
09:37
ADB 2030-cu ilə qədər ilk strateji biznes icmalını təsdiqləyib
Maliyyə
09:35
"Kristal Bakı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:27
Foto
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
Fərdi
09:26
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
Media