Ekspert: "AMB-nin ötəngünkü qərarı maliyyə sabitliyi baxımından mühümdür”

Ekspert: "AMB-nin ötəngünkü qərarı maliyyə sabitliyi baxımından mühümdür” Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektoruna dəstəkləyici Tədbirlər Paketinin vaxtını uzatması problemli kreditlərin məbləğini maliyyə sabitliyi üçün kritik olmayan səviyyədə saxlayacaq".
Maliyyə
1 Oktyabr , 2021 14:13
Ekspert: AMB-nin ötəngünkü qərarı maliyyə sabitliyi baxımından mühümdür”

Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektoruna dəstəkləyici Tədbirlər Paketinin vaxtını uzatması problemli kreditlərin məbləğini maliyyə sabitliyi üçün kritik olmayan səviyyədə saxlayacaq".

Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Amal Həsənli AMB-nin ötən gün qəbul etdiyi qərarı şərh edərkən deyib.

“Azərbaycanda ötən ilin mart ayından koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə tətbiq olunan məhdudiyyətlər ölkədə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə aşağı saldı, banklar qarşısında kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətini xeyli pisləşdirdi. Belə şəraitdə ödənişlər üzrə gecikmələr labüd idi. Həmin subyektlərin əlavə cərimə ilə yüklənməsi ağır fəsadlar doğura bilərdi. Bu baxımdan AMB-nin requlyativ dəstəyi vaxtında qəbul edilmiş effektiv qərar idi və nəticə etibarı ilə kredit portfelinin sağlamlaşmasını təmin etdi. 2020-ci ilin mart ayındakı göstərici ilə müqayisədə vaxtı keçmiş kreditlərin məbləği 35 %-ə yaxın azalıb”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, pandemiyanın mənfi təsirlərini üzərindən atan banklar yenidən aktiv kreditləşməyə meyləniblər: “Karantin rejimi ilə bağlı əksər məhdudiyyətlər artıq aradan qaldırılıb. Hazırda bankların reklam və ismarıcla fərdi təkliflər vasitəsilə kifayər qədər aqresiv kredit siyasəti apardığı müşahidə olunur. Əsas məqsədi mənfəət əldə etmək olan bu kredit təşkilatları qazanmaq üçün cəlb etdikləri vəsaitləri maksimal dərəcədə tez və sərfəli yerləşdirməlidirlər. Son statistik məlumatlara görə, bankların kredit potfeli 17 aylıq maksimumdadır. Bu prosesin daha da sürətlənəcəyi gözlənilir. Bəli, iqtisadi fəallıq artıb, lakin ələlxüsus biznes subyektlərinin pandemiyadan əvvəlki gəlirlilik səviyyəsinə çıxması üçün hələ müəyyən vaxt lazım olacaq. Bu zaman kəsiyində AMB-nin requlyativ dəstək tədbirlərini quvvədə saxlaması maliyyə sabitliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Son xəbərlər

Orphus sistemi