ECB: "Avrozona iqtisadiyyatı bu ilin sonuna qədər tam bərpa olunacaq"

ECB: "Avrozona iqtisadiyyatı bu ilin sonuna qədər tam bərpa olunacaq" "Avrozona iqtisadiyyatı enerji daşıyıcılarının qiymətlərinin artmasından və koronavirusun (COVID-19) yeni dalğasından qaynaqlanan qeyri-müəyyənliklərlə doludur".
Maliyyə
30 Sentyabr , 2021 10:02
ECB: Avrozona iqtisadiyyatı bu ilin sonuna qədər tam bərpa olunacaq

"Avrozona iqtisadiyyatı enerji daşıyıcılarının qiymətlərinin artmasından və koronavirusun (COVID-19) yeni dalğasından qaynaqlanan qeyri-müəyyənliklərlə doludur".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) ) prezidenti Kristina Laqard videokonfrans formatında keçirilən “Mərkəzi Bankçılıq Forumu”nda bildirib.

Bununla belə, onun sözlərinə görə, avrozona iqtisadiyyatı sürətlə bərpa olunur və bu ilin sonuna qədər pandemiyadan əvvəlki səviyyəyə çatacaq: "İqtisadi canlanma sürətlə və uğurla həyata keçirilən vaksinasiya ilə bağlıdır. Artıq Avropada yaşı 12-dən yuxarı olanların 70%-i peyvənd edilib. Pandemiyaya görə tətbiq olunan bir sıra məhdudiyyətlə tamamilə aradan qaldırılıb, sadəcə sosial məsafənin gözlənilməsi və tibbi maskadan ​​istifadə kimi tələblər qalıb".

Son xəbərlər

Orphus sistemi